22 Yanvar 2020 22:47
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

33 saylı Xətai birinci Seçki Dairəsindən deputatlığa namizəd Zəlimxan Məmmədlini seçicilərlə görüşlərini davam etdirir.

Teleqraf.com xəbər verir ki, deputatlığa namizəd bu gün seçki dairəsinin Qaçaq Nəbi, Telnov, Sarayev, M.Hadi, Neapol küçələrində sərbəst şəkildə seçicilərlə görüşlər keçirib.

"Məhləarası isıqlanma, istirahət məkanları, parkovka yerləri aradıq. Çox üzücü mənzərədir. Sanki məhlələr işğal olunub. Sahibsizdi. Qanun, ədəb-ərkan işləməyib. Kim zorludu basıb, kəsib, qırıb, doğrayıb - şəhərsalma mədəniyyətini, memarlığını ciddiliyi ilə zədələyiblər. Liftlər, bəzi ərazilərdə su problemi çox ciddidir. İnsanlar əvvəlki deputata çox aqressivdirlər. Qorxuludu. Millət həm də ədalət istəyir. Sabiq icra başçısı olaraq yaxşı işlərimizi unutmayıblar, xoş duyğularla o dövrü xatırlayır, içdən etimad göstərirlər. Bizə, şəxsən namizəd olaraq Zəlimxan Məmmədliyə səs verməyi vəd etməkdən başqa bizim seçki komandamıza qoşulurlar. Millətimiz saf millətdir. Yaxşılığı unutmur. Bu məni çox qürurlandırır, 32 il təmənnasız xidmətimin əvəzini xoş sifət və böyük etimadla qaytarırlar. Millətimizlə qürur duyuram. Amma onları ümidsizliyə məruz qalmamağa, özlərinə, bir-birinə güvənməyə, növbəti daha məsul - ədalətli, demokratik cəmiyyət uğrunda mübarizəyə səsləyirəm. Həm də təbii ki, bu günə qədər dəstək ifadə edən minlərlə seçiciləri sıralarını daha da genişləndirərək Zəlimxan Məmmədliyə səs verməyə dəvət edirəm".

Z.Məmmədli seiciləri seçki günü fəal olmağa çağırır.

Əziz seçici, inan,
Həm özünə, həm səsinə,
Ədalətin elçisinə!!


Müəllif: Teleqraf.com