21 Fevral 2020 16:50
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

MSK-nın iclasında 91 saylı Ucar seçki dairəsi üzrə namizəd olmuş Əbil Məmmədovun şikayətinə baxılıb.

Teleqraf.com-un məlumatına görə, MSK katibi Arifə Muxtarova bildirib ki, Əbil Məmmədov həmin seçki dairəsi üzrə nəticələrin etibarsız sayılmasını xahiş edib.

Ancaq MSK katibi deyib ki, bu şikayətin araşdırılması zamanı irəli sürülən iddialar yalnız 18 və 38 saylı məntəqələrdə öz təsdiqini tapıb.

Arifə Muxtarova qeyd edib ki, ona görə də bu məntəqələrdə seçkinin nəticələri etibarsız sayılmalıdır.

Şikayət Əbil Məmmədovun və onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə araşdırılıb. Səlahiyyətli nümayəndə konkret seçki məntəqələri üzrə baş vermiş seçki pozuntularına dair məlumatları sadalayıb.

Səlahiyətli nümayəndə müşahidəçilərlə bağlı narazılığını çatdırıb. MSK sədri bununla bağlı deyib ki, 91 saylı Ucar seçki dairəsində 40 məntəqə üzrə 800 müşahidəçi olub.

Müzakirədən sonra 91 saylı Ucar seçki dairəsi üzrə 2 məntəqənin nəticələri etibarsız sayılıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər