13 Aprel 2020 22:44
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin cəmi 16 deputatının Koronavirusla Mübarizə Fonduna ianə etməsi ilə bağlı yayılan fikirlər həqiqəti əks etdirmir".

Teleqraf.com xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.

O bildirib ki, parlamentin bütün deputatları, o cümlədən, Milli Məclis Aparatının işçiləri Koronavirusla Mübarizə Fonduna ianə ediblər: "Hətta bununla bağlı Milli Məclisin Sədri Sahibə Qafarova da parlamentin iclaslarının birində mətbuata və ictimaiyyətə məlumat verib. İanə kampaniyasında iştirak edənlərin siyahısı bizdə var. Hətta lazım gəlsə, Fonda ianə edənlərin siyahısını da təqdim edə bilərik".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər