Ölkə prezidentinin apardığı islahatlara bəlkə də ən çox dəstək verən Hesablama Palatasıdır.
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı Fazil Mustafa Hesablama Palatasının illik hesabatı haqqında məsələnin müzakirəsi zamanı deyib.
Deputat qeyd edib ki, hesabatda dövlət satınalmaları haqqında məsələlərə diqqət edilib və bu, istiqamətdə aşkarlanan faktlar hesabata nöqsan kimi salınıb: “Əslində bunlar cinayət halları kimi verilməlidir. Çünki bu sahədə ciddi problemlər var. Qanun var, onu pozmaq olmaz. Bunlar ciddi məsələlərdir”.
Deputat qeyd edib ki, Hesablama Palatası əsasən tövsiyələr verir: “Ancaq bunun nəticəsi olmur. Hesab edirəm ki, nöqsanlarla bağlı daha çox prokurorluq orqanlarına müraciıət edilməlidir”.