İstiqlalçı deputat İbrahim İbrahimli vəfat edib.
Teleqraf.com-a bu barədə mərhumun yaxınları məlmat verib.
İbrahim İbrahimli (İbrahimov İbrahim Məşədi Hilal oğlu) 1990-1995-ci ilillərdə Naxçıvanın Babək rayonundan Azərbaycan parlamentinə - sonradan Milli Məclis adlanacaq Ali Sovetə deputat seçilmiş, 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdi.
1991-ci il martın 7-də Azərbaycan Ali Sovetinin üzvü olan 350 deputatdan SSRİ-nin qalmasının əleyhinə, Azərbaycanın müstəqliyininin lehinə səs vermiş 43 deputatdan biri olmuşdu.
İbrahim İbrahimli xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Allah rəhmət eləsin.