22 Oktyabr 2021 12:17
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın paytaxtı Afinada işgüzar səfərdə olan MilliMəclisin sədri Sahibə Qafarova oktyabrın 21-də səfər çərçivəsində Moldova Respublikası Parlamentinin sədri İqor Qrosu ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüş zaman Sahibə Qafarova Azərbaycanla Moldova arasında diplomatic əlaqələrin qurulmasından, hökumətlərarası birgə komissiyanın yaradılmasından, siyasi və iqtisadi münasibətlərin inkişafından söz açıb. Sahibə Qafarova ölkələrimiz və xalqlarımız arasında əlaqələrin dərinləşməsində dövlət başçıları və hökumət rəsmilərinin qarşılıqlı səfərlərinin, aparılan müzakirələrin və tərəflər arasında imzalanan sənədlərin əhəmiyyətini qeyd edib.

Görüş zamanı Milli Məclisin sədri Azərbaycanla Moldovanın qanunverici orqanları arasında mövcud əməkdaşlıq əlaqələri və bu əlaqələrin inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.

Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərdiyini qeyd edib. Söhbət zamanı Sahibə QafarovaAzərbaycanın 44 günlükVətən müharibəsində qazandığı möhtəşəm Zəfərin birinci ildönümü ərəfəsində olduğumuzu vurğulayıb, 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanatdan sonar bölgədə yaranmış yeni reallıqlardan söz açıb.MilliMəclisin sədri həmkarının diqqətinə çatdırıbki, bir ilöncə öz gücü hesabına Ermənistanın 30 illik işğalına son qoyan və ərazi bütövlüyünü bərpa edənAzərbaycan BMT Təhlükəsizlik Şurasının uzun illər kağız üzərində qalan 4 qətnaməsinin icrasını da təmin edib.

Spiker işğaldan azad olunan şərazilərimizdə aparılan bərpa və quruculuq işləri barədə də məlumat verib.Qeyde dib ki, münaqişə artıq tarixə qovuşub. İndi ölkəmiz bölgədə uzunmüddətli sülhün və sabitliyin təmin olunmasında maraqlıdır və bu istiqamətdə lazımi addımlar atır. Ermənistan isə hələdə təxribatçı əməllərini davam etdirir, minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina edir.

Görüşdə Moldova Parlamentinin sədri İqor Qrosu ölkəsinin Azərbaycanla çoxtərəfli əlaqələrin inkişafında maraqlı olduğunu bildirib.O, ölkələrimiz arasında parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, iki tərəfli səfərlərin intensivləşməsinin vacibliyini qeyd edib. Ölkəsində məskunlaşmış azərbaycanlıların ictimai-siyasi həyatda yaxından və fəaliştirak etdiklərini qeyd edib.


Müəllif: Nemət