10 Avqust 2022 12:35
473
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yüksək səviyyəli siyasi dialoqun davamlılığını təmin etmək üçün ali səviyyə daxil olmaqla Əlcəzairlə qarşılıqlı səfərlərin həyata keçirilməsi vacibdir”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 10-da Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri, Prezident Abdelməcid Tebbunun xüsusi nümayəndəsi Ramtan Lamamranla birlikdə keçirdiyi brifinqdə deyib.

“Bu gün biz münasibətlərimizin müxtəlif aspetkləri ətrafında fikir mübadiləsi apardıq. İqtisadi sahədə çox böyük potensiallar mövcuddur. Ölkələrimiz arasında investisiyaların qoyuluşu energetika sahəsində daha geniş imkanlara malikdir. Növbəti müddət üçün atılacaq addımlar barədə fikir mübadiləsin apardıq. Cənab nazirin Azərbaycana səfəri bu istiqamətdə işlərin canlanmasına təkan verəcək”, - XİN başçısı bildirib.


Müəllif: Teleqraf.com