7 Mart 14:23
5 857
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Ermənistanla bağlı siyasətində fərqli mənzərə müşahidə olunur. Rəsmi Tehranın Zəngəzurda hərbi baza yaratmaq niyyətində olduğu iddia edilir. Bu bazanın yaradılmasının nəyə xidmət etdiyi məlum deyil. Kimə qarşı İranın hərbi dayaq yaratdığı bilinmir. Kimin Ermənistana hücum etməsi və hədələməsi isə mənasız yanaşmalardır. Bəzən diplomatlar hansısa siyasi oyunu məqsədsiz aparır. Bunlar sadəcə oyun xatirinə edilən gedişlərdir.

Bu sözləri Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.

O qeyd edib ki, Azərbaycanın Zəngəzura hücum etmək fikri yoxdur:

“Ermənistan dəhlizin açılmasına imkan verməsə, Azərbaycan İran ərazisindən Naxçıvana çıxış açmağa nail olacaq. Rusiya-Ermənistan arasındakı gərginliyin də rəsmi Bakıya aiddiyyəti yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. İrəvan-Moskva arasında hansı oyunun getməsi, Fransanın bölgəyə daxil olmaq niyyəti mənasız gedişlərdir”.

Politoloq Fransa ilə İran arasındakı əməkdaşlığın mahiyyətinə də toxunub:

Qərb dövlətləri arasında yeganə Fransadır ki, İranla yaxın münasibətləri saxlayıb. Rəsmi Paris İrana qarşı olan bəzi sanksiyalara riayət etməyə məcbur olsa da, Tehranın bir nömrəli tərəf müqabilidir”.

Zərdüşt Əlizadə Qərbin xüsusi ilə Avropa İttifaqının Ermənistan üzərində oyun qurduğunu söyləyib:

“Ermənistanın Avropa Birliyi ilə yaxınlaşması və üzv olması ilə bağlı gündəmə gətirilən məsələlər mənasızdır. Avropa Birliyi heç vaxt Ermənistanı üzvlüyə qəbul etməyəcək”.


Müəllif: Tapdıq Qurbanlı