2 May 17:33
324
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Aydın Mirzəzadənin “Parlamentarizm” adlı kitabı çapdan çıxıb.

Teleqraf.com xəbər verir ki, “Parlamentarizm” kitabı dövlətin idarə edilməsində, seçicilərinin problemlərinin səsləndirilməsində, siyasi plüralizmin möhkəmlənməsində, hökumətin fəaliyyətinə cəmiyyətin nəzarətinin təmin edilməsində böyük rol oynayan parlamentlərin roluna həsr edilib.

Parlamentarizm dövlətin parlament vasitəsilə idarə edildiyi dövlət quruluşu sistemidir, ali dövlət hakimiyyətinin xüsusi təşkili formasıdır. Dövlət quruluşunun parlament formasının ideya-siyasi əsasını təşkil edən ideyalar, dəyərlər və prinsiplərin toplusudur.

Kitabda parlament tarixi araşdırılır, ayrı-ayrı ölkələrin parlament təcrübəsi müqayisə edilir. Parlamentin funksiyaları, dövlətin idarə edilməsində spesifik rolu göstərilir. Parlament və prezidentli respublikaların fərqi verilir. Eyni zamanda xüsusi olaraq Azərbaycanın ilk parlament təcrübəsi, Sovet Azərbaycanının parlament tarixi, müstəqil Azərbaycanın parlament təcrübəsi araşdırılmış, elmi qiyməti verilib. Görkəmli dövlət xadimi Heydər Əliyevin həm birinci siyasi hakimiyyəti dövründə, həm də böyük siyasətə qayıdışından sonra Azərbaycanda parlamentin əhəmiyyətinin artırılması üçün böyük fəaliyyəti də qiymətləndirilib.

Kitab ali məktəblərin bakalavr və magistr pilləsinin tələbələri və mövzu ilə maraqlananlar üçün nəzərdə tutulub.


Müəllif: Tapdıq Qurbanlı