7 May 21:21
423
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO Baş katibinin Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavier Kolomina Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyanla görüşüb.

Teleqraf.com xəbər verir ki, NATO rəsmisi bu barədə “X” hesabında yazıb.

“NATO-nun Brüsseldəki mənzil qərargahında Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan ilə görüşdük. NATO-Ermənistan ikitərəfli əməkdaşlığının gücləndirilməsi yolları və xüsusilə Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə son razılaşmadan sonra normallaşma prosesində regional dinamika müzakirə edildi”.


Müəllif: Teleqraf.com