18 Oktyabr 12:01
410
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ müharibəsindəki qələbə Azərbaycanın uğurlarını gözü götürməyən qüvvələrin ölkəmizə qarşı təzyiqlər başlatmasına səbəb olub”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov parlamentin plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, müstəqilliyi qorumaq üçün hər zaman mübarizə aparmaq lazımdır:

“Azərbaycana qarşı təzyiqləri biz hər an görürük. Bu cür təzyiqlər Azərbaycan cəmiyyətini birləşdirir. Bu təzyiqlər cəmiyyətin birliyini daha da qüdrətli amilə çevirib. Dünyada iki cür siyasəti dəstəkləyən dövlətlər var. Biri müharibə, biri sülh siyasətidir. Azərbaycan sülh siyasətini, proqramını açıq şəkildə bəyan edib. Kimlərinsə xoşuna gəlməsə də, bu siyasət uğurla davam edir. Hesab edirəm ki, Prezident İlham Əliyevin apardığı sülh siyasəti bundan sonra da uğur qazanacaq”.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər