13:37
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Zibillərin daşınması bələdiyyələrə həvalə edilməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov plenar iclasında çıxışı zamanı deyib.

Deputat diqqətə çatdırıb ki, zibillərin daşınması bələdiyyələrin səlahiyyətlərinə aid deyil:

“Şikayət edəndə deyilir ki, “bələdiyyələr hara baxır?” amma bu işlər hansısa şirkətlər tərəfindən icra olunur. Vətəndaşlar zibillərin daşınması üçün pul verdiklərini bildirir, atılmayanda bələdiyyələri günahkar bilirlər. Əslində bu işə bələdiyyə baxmır. Hesab edirəm ki, bələdiyyələrə həvalə edilməlidir”.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər