Baş nazir Əli Əsədov noyabrın 12-də COP29 Liderlər Sammitinin açılış mərasimi çərçivəsində bir sıra görüşlər keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Bildirilib ki, Baş nazir Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif, İspaniya Krallığı Hökumətinin sədri Pedro Sançez və FIFA-nın prezidenti Canni İnfantino ilə görüşlər keçirib.