Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi yaxın aylarda Rusiyaya səfər edəcək.
Teleqraf.com xəbər verir ki, Rafael Qrossi Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP-29) 29-cu Tərəflər Konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
"Ümid edirəm ki, tezliklə Rusiya komandası ilə görüş olacaq. Bilirsiniz, bizim kifayət qədər müntəzəm görüşlərimiz olur”, - MAQATE rəhbəri bildirib.