12 Noyabr 14:59
216
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammiti çərçivəsində Böyük Britaniyanın Baş naziri Keir Starmerlə ikitərəfli əlaqələrin inkişafını müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, liderlər, həmçinin qarşılıqlı ticarət həcminin artırılması barədə danışıblar.

Onlar eyni zamanda regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər