10 İyun 2016 14:47
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son bir ayda 634 nəfər əcnəbiyə fərdi şəxsi hesab açılıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, son bir ayda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən daha 634 nəfər əcnəbiyə fərdi şəxsi hesab açılıb.

Beləliklə də sistemdə qeydiyyatda olan xarici vətəndaşların sayı 30628 nəfərə çatıb. Onlardan 26 972 nəfəri (88.1 faiz) kişilərdən, 3 656 nəfəri (11.9 faiz) qadınlardan ibarətdir.

Fərdi uçot sisteminin əhatə etdiyi əcnəbilər ümumilikdə 120 ölkəni təmsil edirlər. Onların arasında Тürkiyə (14 428 nəfər), Gürcüstan (3 132 nəfər) Rusiya (1 803) vətəndaşları daha çoxdur.

Sistemdə qeydiyyatda olan əcnəbilərin sayına görə sonrakı yerlər Hindistan (1 285), İran (1 016), Çin (891), Banqladeş (695), Birləşmiş Böyük Britaniya və Şimali İrlandiya (622), Pakistan (579), Ukrayna (509), Filippin (274), ABŞ (270), Almaniya (264), Qazaxıstan (236), Türkmənistan (225), İtaliya (208) və s. ölkələrin vətəndaşlarına aiddir.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər