29 İyun 2016 11:31
2 831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda dünya əhalisi arasında xroniki böyrək çatışmazlığı (XBÇ) və bu səbəbdən dializ müalicəsinə cəlb olunan xəstələrin sayı artır.

Teleqraf.com-un məlumatına görə, bunu Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev Klinik Tibbi Mərkəzdə keçirilən dəyirmi masada bildirib.

Fariz Babayevin sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, müxtəlif ölkələrdə 1 milyon əhalidən 800-1000 nəfərində XBÇ müşahidə olunur və onlardan 250-650 nəfəri dializ müalicəsi alır.

Şöbə müdiri qeyd edib ki, hazırda 2900-dən artıq xəstə Azərbaycanda fəaliyyət göstərən 34 hemodializ mərkəzində dövlət vəsaiti hesabına proqram hemodializ müalicəsi qəbul edir: “ Həmin hemodializ mərkəzlərindən 27-si regionlarda, 7-i isə Bakıda fəaliyyət göstərir. Müqayisə üçün qeyd edim ki, 2003-cü ildə Azərbaycanda 1, 2006-cı ildə isə cəmi 4 hemodializ şöbəsi var idi. Hazırda ölkədə 544 hemodializ aparatı xəstələrə xidmət edir. Müalicənin keyfiyyətinin yaxşılaşması, xəstələrin ömrünün uzanması, bu xəstəlikdən ölüm hallarının azalması nəticəsində dializ ilə əhatə edilən xəstələrin sayı hər il 20-22 % artır. Dializ xəstələrinin dərman və tibbi ləvazimatlarla təminatı da tam həcmdə dövlət tərəfindən qarşılanır. Xəstələrə 171 həkim-nefroloq, 408 orta tibb işçisi xidmət göstərir”.

İlhamə


Müəllif:

Oxşar xəbərlər