11:33
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gəlin öz xalqımızı bu sahədə marifləndirək. Gözəllik anlayışı nədir bunu düzgün çatdıraq”

Teleqraf.com xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev son zamanlar Azərbaycanda diplomsuz plastik cərrahlarla bağlı yayılan məlumatlar barədə danışarkən deyib.

“Tələb təklif doğurur. İnsanlar plastik əməliyyatlara meyil edir. Milli gözəllik standartlarımız nədir, bunları çatdırmalıyıq. Düşünürəm ki, bu dəstəyi Mədəniyyət Nazirliyindən də görəcəyik. Süni gözəllik standartları insanlara təqdim olunur. Bu, uşaq yaşlarından gerçəkləşir”.

Nazir qeyd edib ki, diplomu olmadan plastik əməliyyat həyata keçirən cərrahlarla bağlı Baş Prokurorluqla danışıqlar aparılıb: "Yaxın vaxtlarda açıqlama veriləcək. Səhiyyə sahəsində islahatlar davam edəcək. Araşdırma nəticəsində məlum olub ki, heç bir tibbi təhsili olmayan şəxslər sosial şəbəkələr vasitəsilə iş görüblər. Baş Prokurorluğun işçi qrupu Səhiyyə Nazirliyi ilə birgə layihə hazırlayıb. Qənirə Ataşovanın araşdırmasından sonra bu məsələlər nəzarətə götürülüb. Hər bir əmələ hüquqi qiymət veriləcək".

Teymur Musayev artıq tibbi kadrların vahid idarəetməsi ilə bağlı sənədin hazırlandığını söyləyib.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər