1 İyul 2016 16:51
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamenti "İnsan alveri" ilə bağlı illik hesabatını açıqlayıb.

Teleqraf.com "Anspress"-ə istinadla xəbər verir ki, hesabatda Azərbaycan insan alverinə görə "2-ci dərəcəli" ölkələr sırasında yer alıb.

Məlumata görə, Azərbaycan insan alveri üçün mənbə, tranzit və təyinat ölkəsidir. Kişilər, qadınlar və uşaqlar məcburi əməyə və ya seks alverinə məruz qalırlar. Azərbaycanlı kişi və oğlanlar Türkiyə, Rusiya, Birləşmiş Ərəb Əmirliklərində məcburi əməyə, qadın və uşaqlar isə istər ölkə daxilində, istərsə də Türkiyə, Rusiya və BƏƏ-də seksual istismara məruz qalırlar. Azərbaycan həmçinin Özbəkistan, Türkmənistan, Ukraynadan gələn insanlar üçün əmək və seks alverinin təyinat ölkəsidir.

Hesabatda qeyd olunur ki, Türkiyə, Avropa, Cənubi və Mərkəzi Asiya ölkələrindən gələn miqrant işçilər də Azərbaycanda məcburi əməyə məruz qalırlar.

Ölkə daxilində bəzi uşaqlar, xüsusən qaraçı əsillilər məcburi dilənçiliyə məruz qalır və yol kənarında satışa, eləcə də çay evləri və ya toylarda işləməyə məcbur edilirlər. Filippinli qurbanlar isə ev qulluqçuluğuna məruz qalırlar.

ABŞ Dövlət Departamenti bildirib ki, Azərbaycan hökuməti insan alverinə qarşı hüquq-mühafizə səylərini gücləndirib. Odur ki, Daxili İşlər Nazirliyinin nəzdində İnsan Alverinə Qarşı Mübarizə İdarəsi yaradılıb.

İnsan Alveri Qurbanlarına Yardım Mərkəzləri 20 regionda 600-dən çox insana maariləndirmə kampaniyaları aparıb. Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 53 regionda maarifləndirmə kampaniyaları aparıb və sosial media vasitəsilə insan alveri ilə bağlı informasiya paylaşıb.

ABŞ Dövlət Departamenti "İnsan Alveri" ilə bağlı illik hesabatda Azərbaycandan başqa, "2-ci dərəcəli" ölkələr arasında Bəhreyn, Banqladeş, Braziliya, Barbados, Çad, Xorvatiya və s. kimi ölkələrin adı var.

Teleqraf.com


Müəllif:

Oxşar xəbərlər