14 İyul 2016 00:08
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - siz tamamilə ətrafdakıların gözlədiyi hərəkətləri etmirsiz. Nəticədə bütün sərhədləri aşa biləcək problemləriniz çıxa bilər. Ciddi mübahisələr ola bilər. İşlərinizin həllində düzgün metod seçməyi öyrənin. Təəssüf ki, rəqibləriniz sizə yaxın insanlar ola bilər.

Buğa - əgər sizin qarşınızda böyük məqsədlər varsa, həmin məqsədi reallaşdırmaq üçün bugünkü böyük şansınızdan istifadə edin. Ancaq bunun üçün çoxlu çalışmalısınız. Böyük insanlarla konfliktlər ola bilər, ancaq maraqlı məqam odur ki, siz bu mübarizədən qalib ayrılacaqsız.

Əkizlər - hüquq-mühafizə orqanları ilə söhbətləriniz ola bilər. Bununla əlaqədar olaraq, maliyyə itkiləriniz mümkündür. Sizi cərimələyə bilərlər. Pullarla biraz diqqətli olun. Pulunuzun miqdarı kəskin sürətdə azala bilər. Sizə əsəb gətirən ünsiyyətlər ola bilər. Ancaq bunlardan dərs götürmək lazımdır.

Xərçəng - bu gün Xərçənglər üçün köhnə konfliktləri qaydasına qoymaq və çətin vəziyyətdən çıxmağın yollarını tapmaq sarıdan çox gözəl bir gündür. Sizi çoxdan narahat edən suallara cavab tapacaqsız. Ancaq bu cavablar sizə xoş gəlməyəcək.

Şir - sizdən yuxarı yaş qrupları ilə mübahisələriniz ola bilər. Günün ikinci yarısında sizin üçün qeyri-müəyyənliklər yaranacaq. Yaxşı olar ki, bu vəziyyətdən çıxma yollarını axtarasız.

Qız - məqsədlərinizi reallaşdırmaq üçün sizin bir yolunuz var. O da var gücünüzlə işləmək. Ancaq asan yolda ola bilər: əgər siz həll yolunu tez tapsaz, gün sizin üçün uğurlu və xoş keçəcək. İntuisiyanız çox güclüdür, məhz onun köməyi ilə siz hər bir çətinliklərin öhdəsindən gələ bilərsiz.

Tərəzi - səfərə getmək üçün əlverişli bir gündür. Hətta xaricə belə gedə bilərsiniz. Uzaqdan gələn bir insanla sevgi macəranız başlaya bilər. Tərəzilər nəyə nail olmaq istədiklərini çox yaxşı bilirlər. Bunun üçün gücünüzə qənaət etməyin. Ancaq bu da problemlərin həlli demək deyil.

Əqrəb - çalışın qadınlarla daha çox ünsiyyətdə olun. Onlar sizin həyatınıza rəng qatacaqlar. Gün hər iki cins üçün çox əlverişli keçəcək. Evə qonaq dəvət edə bilərsiz və bayramlar keçirə bilərsiz. Bir çox oğlaqlarda maraqlı ideyalar meydana gələcək ki, bu da gələcəyi qurma və hər hansı bir işə investisiyalar qoyma yolunda önəmli bir addım olacaq.

Oxatan - sizə dəstəyi böyük olan şəxslə münasibətiniz yaxşı olacaq. Keçmişdəki qısqanclığınızı unudun. Ailəli Oxatanlar yaxınları ilə ünsiyyətdən həzz alacaqlar.

Oğlaq - gələcəyəniz haqda düşünmək üçün çox gözəl bir gündür. Öz perspektivlərinizi dəyərləndirin. Planlarınızı korrektə eləyin. İntuisiyanız çox dəqiqdir və bu gün sizə başqa günlərdən fərqli olaraq çox asan olacaq. Həyatınızdakı köhnəlmiş hər şeyi atmağın vaxtı gəlib çatıb.

Dolça - gününüz asan, xoş və maraqlı keçəcək. Siz bütün problemləri tez həll edirsiz və hər bir suala tez bir şəkildə cavab tapırsız. Bu, həm də o günlərdəndir ki, siz nəinki öz işinizi, həm də sizə yaxın olan digər insanların da işini həll edə biləcəksiniz.

Balıqlar - siz diqqət mərkəzində olmağı sevirsiz və gün ərzində orda olmaq şanslarınız çox olacaq. Uğurlu və maraqlı səfərlər ola bilər. Siz nəinki kiminsə başını gicəlləndirə, hətta ürəyini sındıra bilərsiz, ancaq özünüz bundan heç bir əziyyət çəkməyəcəksiz.


Müəllif: