21 İyul 2016 22:31
570
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mədəniyyət və Turizm Nazirliyi əhaliyə xəbərdarlıq edib. Trend Nazirliyin saytına istinadən xəbər verir ki, xəbərdarlıqda bəzi turizm şirkətlərinin vətəndaşlara turizm məhsulunu təqdim edərkən ölkə qanunvericiliyində nəzərdə tutulan tələblərə riayət etmədiyi və bunun vətəndaşlarda çaşqınlıq yaratfığı bildirilir. Xarici ölkələrə turizm şirkətləri vasitəsilə səyahətlərini təşkil edərkən həmin şirkətin turist vauçerini, səfərlə bağlı ödəniş sənədlərini, eləcə də "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinin tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etmələri xahiş olunur. Bu kimi halların qarşısının alınması məqsədilə nazirlik "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə uyğun olaraq hazırlanan müqaviləni mütləq şəkildə tələb etməyi tövsiyə edir. Məlumata əsasən, müqavilə ölkə qanunvericiliyinə, o cümlədən istehlakçıların hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyə uyğun olmalıdır: "Turist (alıcı) haqqında turizm məhsulunun satışı üçün zəruri olan həcmdə məlumat, səyahətin proqramı və marşrutu barədə məlumat göstərilməklə turizm məhsulunun istehlak xassələri, turistlərin təhlükəsizlik şərtləri, turizm məhsulunun sertifikatlaşdırılmasının nəticələri haqqında düzgün məlumat, tərəflərin hər birinin, səyahət vaxtı şəraitin əsaslı dəyişikliyi ilə əlaqədar olaraq, müqaviləni dəyişdirməyi və ya onu pozmağı tələb etmək hüququ var. Həmçinin turizm şirkəti tərəfindən təqdim edilən müqavilənin şərtləri diqqətlə oxunduqdan sonra imzalanması tövsiyə olunur". Qeyd edək ki, turizm vauçeri – turistlərə xidmət göstərilməsi və firma ilə qarşılıqlı ödəmələr aparılması üçün əsas olmaqla, turun tərkibinə daxil olan xidmətlər üzərində turistin hüququnu müəyyənləşdirən və xidmətlərin göstəriləcəyi faktını təsdiq edən sənəddir.

Müəllif:

Oxşar xəbərlər