23 İyul 2016 00:17
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bələdiyyələrin İnkişafına Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “İsmayıllı, Oğuz, Zaqatala və Qax şəhərində gənclərin işsizlik vəziyyətinin öyrənilməsinə dair alternativ monitorinqin keçirilməsi” layihəsinin icrasını davam etdirməkdədir.

Təşkilatın sədri Niyaməddin Orduxanlı Teleqraf.com-a bildirib ki, iyul ayının 21-də layihəyə uyğun olaraq Oğuz rayonunda gənclərin işsizlik vəziyyətinin öyrənilməsinə dair alternativ monitorinqlə bağlı tədbir keçirilib: ”Təşkilatımız Oğuz rayonunda da çox yüksək səviyyədə tədbir təşkil etdi. QHT Şurasını rəsmi nümayəndəsi Ramin Cəfərov da rayona ezam olunmuşdu. Bizim layihənin əsas məqsədi gənclərin işsizlik vəziyyətinin yerlərdə öyrənilməsi, gənclərin iş tapa bilməməsini yaradan səbəbləri araşdırmaq , gəncləri peçə və ixtisas seçimində düzgün istiqamətləndimək idi. Hazırladığımız sorğunu hər rayonda 15-29 yaş qrupunda 100 gəncin cavablandırır. Bununla yanaşı biz bu tədbirlərdə ölkədə gənclərin məşğulluğu ilə əlaqədər qurumların, habelə Gənclər və İdman Nazirliyinin də qəbul etdiyi prioritet proqramların mövcudluğunu və gənclərin məşğulluq problemləri ilə bağlı ekspertlər, işsiz gənclər, işəgötürənlər, müvafiq dövlət qurumlarının müxtəlif yanaşmaların olduğunu xüsusi vurğulayırıq. Bu qrumlar müxtəlif yanaşmalarla gənclərin işsizlik probleminin yaranma səbəblərini müxtəlif şəkildə qiymətləndirirlər".

Niyaməddin Orduxanlı hesab edir ki, gənclərin işsizlik probleminin yaranma səbəblərini ümumiləşdirib aşağıdakı qənaətə gəlmək olur: "Gənclərin ixtisas bilikləri, digər bilik və bacarıqlarının əmək bazarı tələblərinə uyğun olmaması, informasiya çıxışlarının zəif olması, işsizlərin seçimi və karyera məsələsinə münasibəti, gender problemləri,ə mental faktorlar və təhsil səviyyəsinin aşağı olması".

Niyaməddin Orduxanlı onu da əlavə edib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bu cür layhilərə dəstək verməsi çox müsbət addımdır: “ Görüş iştirakçılarının hər birinin diqqətinə o da çatdırılır ki, bu layihənin maliyyə dəstəkçisi, QHT Şurasıdır. Bu da o anlama gəlir ki, şura rayonlarda işsiz gənclərin vəziyyətinin öyrənilməsində maraqlıdır. Bu cür layihələrin dəstəklənməsinə görə, bir daha Dövlət Dəstəyi Şurasının rəhbərliyinə və müstəqil ekspert qrupuna təşkilatımız adından təşəkkür edirik. Onların müsbət rəyi hesabına bu tip layihələr icra oluna bilir. Bu faktı onu göstərir ki, vətəndaş cəmiyyətinin nümayəndələrinin təqdim etidiyi mövzuların aktuallığı daha önəmlidir. Biz bir QHT kimi istəyirik ki, layihənin sonunda hazırlanan hesabat nəticəsində gənclərin işsizlik probleminə yönəlmiş alternativlər daha asanlıqla müəyyən olunsun və öz növbəsində əlaqədər dövlət və QHT qurumları işsizlik probleminin həll üçün yeni ideyalar və fəaliyyət planlarının, layihələr hazırlansınlar”.


Müəllif: