2 Avqust 2016 23:37
482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin siyasi işlər üzrə müşaviri Uilyam Solleyi qəbul edib.

Komitənin mətbuat xidmətindən teleqraf.com-a daxil olan məlumata görə, komitə sədri Mübariz Qurbanlı ölkəmizdəki dini durum barədə ətraflı məlumat verərək bildirib ki, Azərbaycanda dövlət-din münasibətləri Konstitusiya və "Dini etiqad azadlığı haqqında" Qanunla tənzimlənir və dini etiqad azadlığı təminat altındadır. Ölkə əhalisinin 96%-nin İslam dininə mənsub olduğunu diqqətə çatdıran Mübariz Qurbanlı Azərbaycanda dini durumun sabit olduğunu, müxtəlif konfessiyaların sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini bildirib. Bu gün Azərbaycanın tolerant və multikultural dəyərlərə görə dünyada nümunə sayılan ölkələrdən biri olduğunu deyən Komitə sədri adıçəkilən dəyərlərin dövlət səviyyəsində təbliğ və təşviq edildiyini vurğulayıb. O bildirib ki, Azərbaycanda din və məzhəb ayrı-seçkiliyinə yol verilmədən insanlar ibadətlərini sərbəst həyata keçirirlər. Dövlətin dini icmalara daim qayğı göstərdiyini deyən Mübariz Qurbanlı Prezident İlham Əliyev tərəfindən İslam və qeyri-İslam dini icmalara maliyyə vəsaitinin verilməsi ilə bağlı imzaladığı Sərəncamları da qonağın diqqətinə çatdırıb.

Uilyam Solley Azərbaycanda yeni fəaliyyətə başladığını önə çəkərək Komitə sədrinə qəbula görə təşəkkürünü bildirib. O, Azərbaycanda dini durumun sabit olduğunu qeyd edərək, dövlət-din, konfessiyalararası münasibətlərin vəziyyəti, ölkəmizdəki multikultural və tolerant mühit barədə fikirlərini bölüşüb və ölkəmizdə mövcud olan bu ənənələrin öyrənilməsində maraqlı olduqlarını bildirib.

Görüşün sonunda tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrin davam etdirilməsinin ölkələrimiz arasındakı dostluq münasibətlərinin daha da yaxşılaşması baxımından vacib olduğunu bildiriblər.

Cavad


Müəllif:

Oxşar xəbərlər