Əmanətlərin Sığortalanması Fondu (ADİF) “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb.
ADİF-dən Teleqraf.com-a verilən məlumata görə, “Parabank” ASC-nin qorunan əmanətçilərinə 4 248 753 manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 3 862 356 manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 1 047 294 manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 763 466 manatdan artıq kompensasiya ödənilib. Ümumilikdə 4 bank üzrə 9 921 869 manatdan artıq kompensasiya ödənilib.
Qeyd edək ki, “Dekabank” ASC, “Kredobank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçiləri kompensasiyaların ödənilməsi üçün müvafiq olaraq “Dekabank” ASC, “Kredobank” ASC və “Zaminbank” ASC-nin baş ofisinə, “Parabank” ASC-nin qorunan əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət edərək öz əmanətlərini geri ala bilərlər.
İlhamə ƏBÜLFƏT