11 Avqust 2016 09:16
499
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Federal Ticarət Komissiyasının texnologiya mütəxəssisləri bəyan ediblər ki, informasiya təhlükəsizliyinə ciddi yanaşan şirkətlərin əməkdaşlarının hər ay qarşılaşdıqları şifrələri dəyişdirmək zərurəti, əslində, məlumatların qorunma səviyyəsini azaldır. Belə ki, istifadəçilər hər ay mürəkkəb və yadda yaxşı qalan şifrə fikirləşə bilmirlər.

Teleqraf.com xezerxeber.com-a istinadən bildirir ki, belə olan halda onlar sadə simvol birləşmələrdən istifadə edirlər ki, bu da kiberoğruların işini asanlaşdırır. Elə sosial şəbəkə və email istifadəçiləri də şifrələrinin başqa şəxslər tərəfindən öyrənilməsindən ehtiyat edərək onu mütəmadi dəyişirlər. Bu vaxt ənənəvi səhvlər təkrarlanır.

Şifrənin təhlükəsizliyini təmin etmək elə də çətin deyil. Bunun üçün bir sıra qaydalar var. Bununla yanaşı, şifrələri yoxlayan xüsusi portallar var. Həmin saytlara şifrəni daxil edib nə qədər təhlükəsiz olub-olmadığını yoxlamaq mümkündür.


Müəllif:

Oxşar xəbərlər