13 Avqust 2016 19:38
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəki rayon sakini ağır yanıq xəsarəti alıb.

APA-nın Şəki-Zaqatala bürosunun xəbərinə görə, rayonun Qudula kənd sakini, 1995-ci il təvəllüdlü Samir Şamil oğlu İsmayılovun üzərinə yaşadığı evin həyətyanı sahəsində ocağın üstündə qaynayan su ilə dolu qazan aşıb.

Yanıq xəsarətləri alan Samir İsmayılov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Ona bədənin 2-3-cü dərəcəli termiki yanıq diaqnozu qoyulub.

Samir İsmayılova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğundan müayinə və müalicəsini davam etdirmək üçün Bakıdakı xəstəxanalardan birinə göndərilib.


Müəllif:

Oxşar xəbərlər