21 Avqust 2016 10:12
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyul ayında Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı 19 min 237 sual cavablandırılıb.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, müraciətlərin 24,11 faizi elektron xidmətlər, 17,43 faizi qeydiyyat, 16,18 faizi hesabatlar və hesabat formalarının doldurulma qaydaları, 13,98 faizi vergi növləri, qalanları isə vergi qanunvericiliyi və digər məsələlər barədə olub.

Səsli menyu vasitəsilə məlumat almaq üçün Çağrı Mərkəzinə 6585 zəng edilib, 2571 zəng zamanı vergi borcu, 2017 zəng zamanı isə vergilərin növləri ilə bağlı məlumatlar verilib.

Hesabat dövründə vergi ödəyicilərinin məlumatlandırılması üçün nazirliyin təşəbbüsü ilə 64 min 282 SMS göndərilib.


Müəllif:

Oxşar xəbərlər