3 Sentyabr 2016 23:54
415
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumatına görə, rayonun Qaraqurdlu kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları və çardağına yığılmış 30 ton ot bağlamasının 20 tonu yanıb.

Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 19:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: