“Ötən il hər iki böyrəyi imtina edən xəstələrin sayı 32 nəfər olub. Onlardan yalnız 1-də xəstəlik xroniki hala keçib. Digərləri isə əvvəlcədən sağlam olduqları üçün 6-7 seans hemodializ aldıqdan sonra normal həyatlarına qayıdıblar”.
Teleqraf.com xəbər verir ki, bunu Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxananın Hemodializ şöbəsinin müdiri Fariz Babayev bildirib.
Fariz Babayev qeyd edib ki, Hərbi xidmətə çağırılan 17-18 yaşlı gənclər arasında uroloji şikayətləri olanlar Respublika Klinik Uroloji Xəstəxanasına göndərilir: “2015-ci il ərzində 1684 nəfər, cari ilin 6 ayı ərzində isə 283 nəfər gənc uroloji xəstəliklər üzrə müayinə olunub: “Həmin gənclər əksərən xəstəliklərini əvvəldən bildikləri halda bizə göndərilir və hərbi xidmətə yola salmaq üçün onların vəziyyəti-xəstəlikləri aşkarlanır. Ötən il hərbi xidmətə çağırılan 1 xəstədə böyük çatışmazlığı aşkar olunub və o da dializə yönləndirilib”.
İlhamə ƏBÜLFƏT