8 Sentyabr 2016 14:21
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Seysmik aktiv zonalarda zəlzələnin baş verməsi gözlənilən haldır”.

Bunu Teleqraf.com-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Hüseynova deyib.

Onun sözlərinə görə, Balakən-Şəki seysmik baxımdan aktiv zonadır: “Orada baş verən təkanlar bölgənin aktiv zona olmasından irəli gəlir. Balakən zəlzələsini o qədər də güclü hesab etmək olmaz”.

Vüsalə Hüseynova bildirib ki, enerji toplanıb birdən güclü, dağıdıcı zəlzələnin baş verməsindən zəif təkanların olması daha yaxşıdır: “Zəlzələ əsasən, Balakən və Zaqatalada, qismən də Şəkidə hiss edilib. Hazırda ərazidə avterşoklar davam edir. Zəlzələnin maqnitudası yüksək olmayıb, yoxsa daha böyük ərazidə hiss olunardı”.

Ötən gecə 01:29-da Zaqataladan 19 km şimal-qərbdə Balakən rayonu ərazisində zəlzələ baş verib. 4,1 bal gücündə zəlzələnin episentri yerin 3 km dərinliyində olub. Yeraltı təkanlar ətraf rayonlarda 2-3 bala qədər hiss olunub.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər