16 Sentyabr 2016 15:33
14 207
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Novxanıda iki bacının yol qəzasına düşməsi ilə bağlı açıqlama yayıb.

Teleqraf.com-un məlumatına görə, açıqlamada bildirilir ki, qəza hadisəsi sentyabrın 15-də, saat 08 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsində qeydə alınıb.

Sumqayıt şəhər sakini Sürayyə Qəhrəmanovanın idarə etdiyi “Chevrolet” və Bakı şəhər sakini Kamran Məmmədovun idarə etdiyi “MAN” markalı avtomobillər toqquşub.

Nəticədə Sürayyə Qəhrəmanova hadisə yerində ölüb, 1 sərnişini xəstəxanaya yerləşdirilib. Faktla bağlı Abşeron rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

***

Abşeron rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə 15 setyabr səhər saat 08.15 radələrində Novxanı qəsəbəsində qeydə alınıb.

1991-ci il təvəllüdlü Sürəyya Qəhrəmanlının idarə etdiyi “Chevrolet” “MAN” markalı yük maşınına çırpılıb.

Sürəyya Qəhrəmanlı hadisə zamanı ölüb. Onun bacısı, 1992-ci il təvəllüdlü Leyla Qəhrəmanlı xəstəxanaya yerləşdirilib.

Leyla Qəhrəmanlının vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, Sürəyya Qəhrəmanlı və bacısı Leyla Qəhrəmanlı Baku Medical Plazada işləyirmişlər.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: