Ölkə başçısı İlham Əliyev mədəniyyət xadimlərinə prezidentin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Teleqraf.com xəbər verir ki, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Zemfira Qafarova və Zəhraxanım Quliyevaya Prezidentin fərdi təqaüdü verilib.
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə bir qrup mədəniyyət xadiminə fəxri adlar verilib:
Xalq artisti
Şərifov Munis Məmməd İsmayıl oğlu
Əməkdar incəsənət xadimi
Kərimova Ülviyyə Oqtay qızı
Lalayev Əliqismət Hümmət oğlu
Səlimxanov Cahangir Talib oğlu
Yablonski Dmitri Albertoviç
Əməkdar artist
Abdullayev Nizami Ağabala oğlu
Bağırova Aybəniz Cavad qızı
Cəfərov Vasif Faiq oğlu
Növrəsli Nurlan Növrəs oğlu
Əməkdar müəllim
Manafov İkram Atabala oğlu
Orucova Məhin Əli qızı
Əməkdar mədəniyyət işçisi
Bədəlov Yanvar Piralı oğlu
Həsənov Zaman Hüseyn oğlu
Hüseynli Rauf Eyyub oğlu.