Bu saatlardaa Fransanın “Opinion Way” Tədqiqatlar İnstitutunun “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi ilə birgə keçirdiyi exit-poll tədqiqatının nəticələrinin ictimaiyyətə açıqlayır.
Teleqraf.com-un mətbuat konfransında iştirak edən əməkdaşı xəbər verir ki, “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzinin rəsmisi Rafiq Ismayılov deyib ki, bu gün keçirilən referendum zamanı exit-poll Fransanın tanınmış “Opinion Way” Tədqiqatlar İnstitutunun birgə keçirib: ““Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi yerli qurumdur və 1998-ci ildən seçkilərdə iştirak edir. Exit-poll təsədüfi seçicilər arasında keçirilib”.
Rafiq İsmayılov daha sonra söyləyib ki, ümumilikdə exit-poll 118 seçki dairəsi üzrə 152 seçki məntəqəsində keeçirilib: “Gün ərzində 4 dəfə mərkəzimizə exit-polla bağlı məlumatlar ötürülüb. Son məlumat 19:00 da gəlib. 12 mindən çox insan exit-polla cəlb edilib”.
Fransanın “Opinion Way” Tədqiqatlar İnstitutunun nümayəndəsi Bruno Janbart deyib ki, onlar referenduma çıxarılan təklifləri 4 blok üzrə təsnifatlaşdırıblar.
Təhlükəsizlik və müdafiə bloku üzrə keçirilən Eexit-poll-un nəticəsinə görə 89,3 % seçici "bəli" cavabı verib.
İkinci blokda icra hakimiyyəti strukturu və səlahiyyətlərinə dair məsələlər olub. Sorğuda 88,9 % dəyişiklikləri dəstəkləyib.
Üçüncü blok təkliflərində insan hüquq və azadlıqları ilə bağlı təklifləri özündə ehtiva edirdi. Exit-pollun nəticəsinə əsasən 90,1% "hə" deyib.
Dördüncü blok əsasən yaş məhdudiyyətinə dair təkliflər olub. Bu blok üzrə seçicilərin 88,8 "hə" cavabı verib.
Ümumi seçici fəallığı 152 məntəqə üzrə 66,8 faiz təşkil edib.
NEMƏT