Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Maliyyə dəstəyi ilə "Müasir Gənclik və Sosial İnkişaf” İctimai Birliyi Quba, Qusar, Xaçmaz rayonlarında Gənclərin dini radikallıqdan və ekstremizmdən çəkindirmək təşəbbüsləri mövzusunda tədbir həyata keçirib.
Tədbiri giriş sözü ilə açan. İctimai Birliyin sədri E.Əsədov bildirib ki, ölkəmizdə dövlət-din münasibətləri sağlam təməllər üzərində qurulmuşdur və dini dözümlülük, tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsi, o cümlədən dini radikalizmin, ekstremizmin qarşısının alınması sahəsində maarifləndirmənin alternativi yoxdur. Onun sözlərinə görə, vətəninə faydalı, təhsilli, savadlı nəsil yetişdirmək üçün maarifləndirici tədbirlərin kəmiyyətini, keyfiyyətini və arealını artırmaq bundan sonrakı fəaliyyətimizin də əsas istiqamətlərindən olmalıdır. Dövlət başçısı cənab İlham Əliyev də ötən il müqəddəs Ramazan ayı münasibətilə təşkil olunan iftar mərasimində məsələnin əhəmiyyətinə diqqət çəkərək bildirmişdir:"Milli, dini dəyərlərimiz bizim üçün hər şeydən üstündür. Biz çalışmalıyıq və çalışırıq ki, bizim gənclərimiz də milli ruhda böyüsünlər, tərbiyə alsınlar. Milli ruhda, eyni zamanda multikulturalizm ruhunda. Burada heç bir ziddiyyət yoxdur. Hər bir vətənpərvər insan, öz vətənini, millətini sevən insan böyük hörmətə layiqdir.
Eyni zamanda, başqa dinlərə hörmət edən, başqa millətdən olan insanlara hörmətlə yanaşan insan da böyük hörmətə layiqdir. Ona görə bizim gənclərimiz bax, bu ruhda tərbiyə olunmalıdır”. Digər çıxış edən Fətəli İbrahimov, Qabil Nuriyev qeyd edib ki, mürəkkəblik dini ideologiyanın yanlış izahatla siyasi ideologiyaya çevrilə bilməsindən, dini radikallığın isə sonradan siyasi radikallığa dönüşməsi potensialından da qaynaqlanır. Bütün bunlar dövlətin qarşısına bir-biri ilə əlaqəli kompleks problemlər kimi çıxanda, onların yalnız inzibati metodlarla həlli bir çox halda gözlənilən nəticəni nəinki vermir, hətta əks təsir göstərərək problemi daha da dərinləşdirir. Digər çıxış edən Ceyhun Hüseynov deyib ki, radikal dini qrupların Azərbaycanda yayılmasında əhalinin böyük hissəsinin dini sahədə məlumatsızlığı, İslama, onun fəlsəfəsinə, mənəvi dəyərlərinə, tarixinə və xüsusiyyətlərinə dair biliklərinin yetərsizliyi əhəmiyyətli rol oynayib.