28 Sentyabr 2016 18:29
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayonunda bədbəxt hadisə baş verib.

Teleqraf.com xəbər verir ki, İsmayıllı rayon sakini, 56 yaşlı Mehdi Mehdiyev Tircan kəndində qohumu evində usta kimi işləyən zaman nərdivanadan yıxılaraq dünyasını dəyişib.


İki uşaq atası Mehdi Mehdiyev uzun illər rayonda inşaat işlərində çalışıb və ürək-damar xəstəliyindən əziyyət çəkib.

Daha bir hadisə rayonunun Qalınçaq kəndində qeydə alınıb. 24 yaşlı Mürsəl Qarazadə avtomobil yolunun kənarındakı qurumuş ağacı kəsərək ehtiyatsızlıq edib.

Ağac qəflətən istiqamətini dəyişərək onun üzərinə düşüb. Gənc hadisə yerindəcə dünyasını dəyişib.

Hacı Zeynalov


Müəllif: