Azərbaycan Belarusdan 300 kilometrlik məsafəni hədəf alan yeni raket qurğusu alır.
Bu barədə Trend-ə "ADEX 2016" II Azərbaycan Beynəlxalq Müdafiə sərgisində iştirak edən Belarusun "Volatavto" şirkətindən məlumat verilib.
Bildirilib ki, 2016-cı ildə istehsal edilən yeni raket qurğusu ilin sonunadək satışa çıxarılacaq.
Azərbaycan Müdafiə Nazirliyi raket qurğusunun alınması ilə bağlı şirkətlə danışıqlar aparıb və razılıq əldə edib.