2017-ci ilin dövlət büdcəsindən ipotekaya ayrılacaq vəsait açıqlanıb.
Maliyyə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, gələn il üçün dövlət büdcəsinin layihəsinə əsasən, Azərbaycan vətəndaşlarının yaşayış sahələrinə ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq və ipotekanın tətbiqi üçün 2017-ci ilin dövlət büdcəsində 100 milyon manat vəsait nəzərdə tutulub.
Bu da bu illə müqayisədə 50 milyon manat və ya 2 dəfə çoxdur.
İlhamə ƏBÜLFƏT