13 Oktyabr 2016 13:57
459
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu ilin doqquz ayı ərzində Kliniki Tibbi Mərkəzə cərrahi şöbələr üzrə cəmi 5650 xəstə daxil olub. Onlardan 2062 xəstə böyüklər, 1130 xəstə isə uşaq cərrahiyyəsi şöbəsinə qəbul edilib”.

"Report" xəbər verir ki, bu fikirləri Mərkəzin direktor müavini Adil Salahov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hesabat dövründə 3580 xəstə cərrahi müdaxiləyə məruz qalıb: "1719 əməliyyat böyüklərdə, 918 əməliyyat uşaqlar üzərində aparılıb".

Adil Salahov deyib ki, ilbəil xəstəxanada ölənlərin sayı azalır: "Əgər keçən il mərkəzdə 250 xəstə dünyasını dəyişirdisə, bu il göstərici 156 nəfər olub. Xəstələrin dünyasını dəyişmə səbəbləri də müxtəlifdir. Onlar arasında avtoqəza, müxtəlif travmalar, təbii fövqəladə hadisələr zamanı xəsarət alanlar üstünlük təşkil edir".

KTM-in Reanimasiya şöbəsinin müdiri Rauf Cəfərquliyev isə vurğulayıb ki, ötən ilin 9 ayı ərzində reanimasiyaya 1278 nəfər xəstə daxil olmuşdusa, bu il xəstələrin sayı 1482 nəfər olub: "Ötən illə müqayisədə 162 xəstə artıb. Ölüm faizi ötən il 21 faizə yaxınlaşmışdı, bu il isə 15,8 faiz olub. Ölümlər arasında ürək-qan damar xəstəlikləri üstünlük təşkil edir. Sonrakı yerləri beyin-qan dövranı və infeksion xəstəliklər tutur. İnfeksion xəstəliklərdə Hepatit və baş beyinin iltihabı öndədir".

O, həmçinin əlavə edib ki, bu müddətdə qida zəhərlənməsinin ən ağır forması sayılan botulizmlə zəhərlənənlərdən 17 xəstə reanimasiyaya yerləşdirilib: "Onlar arasında ölüm faktı qeydə alınmayıb".


Müəllif:

Oxşar xəbərlər