17 Oktyabr 2016 15:31
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gecədən başlayaraq yağan yağış Bakının əksər rayonlarında müəyyən çətinliklər yaradıb.

Teleqraf.com xəbər verir ki, yollara yığılmış yağış suları həm sürücülərin, həm də piyadaların hərəkətinə ciddi maneələr törədib.

Problemin ən çox yaşandığı rayonlardan biri də Binəqədi rayonu olub. Rayonun bir çox əsas yollarında keçilməz su çalaları yaranıb.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata görə, oktyabrın ikinci ongünlüyün sonunadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var.

Teleqraf.com çəkdiyi özəl görüntüləri təqdim edir:

Samir İsayev

Foto: Elçin Murad


Müəllif: