16 Oktyabr 2016 19:56
426
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Maliyyə dəstəyi ilə "Müasir Gənclik və Sosial İnkişaf” İctimai Birliyi Gənclərin dini radikallıqdan və ekstremizmdən çəkindirmək təşəbbüsləri mövzusunda layihə həyata keçirib.

Quba, Qusar, Xaçmaz rayonlarında baş tutan tədbirlərdə çıxış edən Birliyin sədri E.Əsədov deyib ki, ölkəmizdə dövlət-din münasibətləri sağlam təməllər üzərində qurulmuşdur və dini dözümlülük, tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsi, o cümlədən dini radikalizmin, ekstremizmin qarşısının alınması sahəsində maarifləndirmənin alternativi yoxdur. Onun sözlərinə görə, vətəninə faydalı, təhsilli, savadlı nəsil yetişdirmək üçün maarifləndirici tədbirlərin kəmiyyətini, keyfiyyətini və arealını artırmaq bundan sonrakı fəaliyyətimizin də əsas istiqamətlərindən olmalıdır.

Dövlət başçısı cənab İlham Əliyev də ötən il müqəddəs Ramazan ayı münasibətilə təşkil olunan iftar mərasimində məsələnin əhəmiyyətinə diqqət çəkərək bildirmişdir: "Milli, dini dəyərlərimiz bizim üçün hər şeydən üstündür. Biz çalışmalıyıq və çalışırıq ki, bizim gənclərimiz də milli ruhda böyüsünlər, tərbiyə alsınlar. Milli ruhda, eyni zamanda multikulturalizm ruhunda. Burada heç bir ziddiyyət yoxdur. Hər bir vətənpərvər insan, öz vətənini, millətini sevən insan böyük hörmətə layiqdir. Eyni zamanda, başqa dinlərə hörmət edən, başqa millətdən olan insanlara hörmətlə yanaşan insan da böyük hörmətə layiqdir. Ona görə bizim gənclərimiz bax, bu ruhda tərbiyə olunmalıdır”. Digər çıxış edən təlimçi Səmayə Məmmədova, Rasim Kərimov və Elman Məmmənov qeyd edib ki, mürəkkəblik dini ideologiyanın yanlış izahatla siyasi ideologiyaya çevrilə bilməsindən, dini radikallığın isə sonradan siyasi radikallığa dönüşməsi potensialından da qaynaqlanır.

Bütün bunlar dövlətin qarşısına bir-biri ilə əlaqəli kompleks problemlər kimi çıxanda, onların yalnız inzibati metodlarla həlli bir çox halda gözlənilən nəticəni nəinki vermir, hətta əks təsir göstərərək problemi daha da dərinləşdirir.


Müəllif:

Oxşar xəbərlər