18 Oktyabr 2016 14:08
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Nəqliyyat Agentliyi (BNA) Bakı şəhərinin inzibati ərazisində müntəzəm şəhərdaxili (qəsəbədaxili) sərnişin daşımalarını yerinə yetirən avtobuslara dair tələblər müəyyən edib.

Teleqraf.com xəbər verir ki, bu barədə BNA-nın ictimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarovanın məlumat verib.

Sözügedən tələblərin mərhələli qaydada yerinə yetirilməsi ilə bağlı müntəzəm sərnişindaşıma xidməti göstərən fiziki və hüquqi şəxslər qarşısında məsələ qaldırılır və onların yerinə yetirilməsi təmin edilir.

BNA-nın daşıyıcı şirkətlər qarşısında qoyduğu əsas tələblərdən biri avtobuslarda kameraların quraşdırılması ilə bağlıdır: “Avtobuslarda onların bütün salonunu əhatə edən daxili və dörd tərəfdən xarici nəzarətə imkan verən, qeydə aldığı məlumatları ən azı 15 gün saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş kameralar olmalıdır.

Məqsəd müntəzəm sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində təhlükəsizliyin təmin olunması, eləcə də bəzi sərnişinlər tərəfindən ictimai asayişin pozulması, qeyri-etik hərəkətlərə yol verilməsi, habelə oğurluq, xuliqanlıq, cibgirlik hadisələrinin qarşısının alınmasıdır.

Bunu nəzərə alaraq Bakı şəhərinin inzibati ərazisində müntəzəm sərnişindaşıma xidməti göstərən fiziki və hüquqi şəxslər balanslarında olan və sərnişin daşımalarını yerinə yetirən avtobuslarda kameraların quraşdırılmasını təmin etməlidir. Tələbi yerinə yetirməyən daşıyıcı fiziki və hüquqi şəxslərə qarşı müvafiq tədbirlər görüləcək”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər