Salman Mümtaz adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Arxivinin direktoru Maarif Teymurov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.
Teleqraf.com-un məlumatına görə, Maarif Teymurov oktyabrın 10-da dünyasını dəyişib.
Maarif Teymurov uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib. O, oktyabrın 11-də Masallı rayonunun Ərkivan kəndində torpağa tapşırılıb.
Maarif Teymurov 1946-cı il mayın 10-da Masallı rayonunun Ərkivan kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin kitabşünaslıq şöbəsində təhsil alıb. 1966-cı ildən Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində kiçik elmi işçi, böyük elmi işçi, şöbə rəisi, elmi işlər üzrə direktor müavini olub.
1987-ci ildən ömrünün sonuna qədər Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru vəzifəsində çalışıb (Primetime.az).