21 Oktyabr 2016 17:41
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil müəssisələri tərəfindən buraxılış imtahanı nəticələrinin və Dövlət İmtahan Mərkəzi tərəfindən çıxarılmış yekun qiymətlərin dövlət nümunəli təhsil sənədinə yazılma vaxtı açıqlanıb.

Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasından Teleqraf.com-a verilən məlumata görə, 2016/2017-ci tədris ilində ümumtəhsil müəssisələrində keçiriləcək buraxılış imtahanları və yekun qiymətləndirmə (attestasiya) ilə əlaqədar təsdiq edilən yeni təqvim planına əsasən, ümumtəhsil məktəblərində bu proses 10.07.2017-01.09.2017-ci il tarixlərini əhatə etməlidir.

Peşə məktəblərində isə qiymətlərin təhsil sənədinə yazılması daha tez başlayır. 10.04.2017-ci il tarixdə başlayacaq proses 01.09.2017-ci tarixədək başa çatmalıdır.

İlhamə ƏBÜLFƏT


Müəllif: