25 Oktyabr 2016 00:15
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - ideya və planlarınızı yaxın ətrafınızdakı insanlarla bölüşə bilərsiniz. Amma sayıq olun, sirlərinizi mənasız insanlarla paylaşmayın. Axşam saatlarında səfər və ya gəzintidən imtina edin.

Buğa - peşəkar fəaliyyət müstəvisində problemlər yarana bilər. Problemlərin həllində standart metodlara çox güvənməyin. Yaradıcı olun. Yaxşı ideyalar yaranacaq.

Əkizlər - yalnız özünüzə güvənə bilərsiniz. Sizə yardım edən insanlar ən xoş niyyətləri olsa belə, səhvlərə və yanlışlıqlara yol verə bilərlər. Fəsadların aradan qaldırılması xeyli vaxt alacaq.

Xərçəng - maliyyə məsələlərində ehtiyatlı olun. Zəruri olmayan xərclərə yol verməyin. Mühüm sənədlərin imzalanması, irimiqyaslı sövdələşmələr və anlaşmalar üçün əlverişli zaman deyil. Maliyyə hesabatını hazırlayarkən diqqətli olun.

Şir - adi günlərlə müqayisədə daha çox çalışmalısınız. Narahat olmayın, təşvişə qapılmayın. Belədə səyləriniz hədər getməyəcək. İşlərin çoxluğundan axşam saatları ilə bağlı bəzi planlardan imtina etməlisiniz.

Qız - uğurlu gündür. Günün ilk yarısında başladığınız işləri başa çatdırın. Sonucları nəzərdən keçirin, aktiv və qətiyyətli olun. Sifarişə görə ödəniş və ya maliyyə mükafatı istisna deyil. Qısamüddətli, yeni layihəyə başlamaq olar. Bir şərtlə ki, yeni işi uğurla başa vuracağınıza əmin olasınız.

Tərəzi - gizli saxlamağa çalışdığınız işlər haqqında təfərrüatları açıqlamayın. Diqqətli olun. Dəyər verdiyiniz insanların qayğısına qalın. Özü barədə həddən artıq yüksək fikirdə olan insan qəribə davranır, bəzənsə çox anlaşılmaz hərəkətlər edir.

Əqrəb - gəlir vəd edən işlərə başlayın. Risk istisna deyil. Yaxın ətrafınızdakı insanlar situasiyaya təsir edə bilərlər. Müttəfiq və ya yardımçıya ehtiyacınız var. Daşınmaz əmlakla bağlı avantüralara qatılmayın.

Oxatan - situasiya mübahisələrə təkan verəcək. Güzəştə meylli olmasanız, tərəfdaşınızda neqativ emosiyalar yaranacaq. Səmimi dansanız, mövqelərinizi müdafiə etmək asanlaşacaq.

Oğlaq - vədləri yerinə yetirmək, öhdəlikləri reallaşdırmaq lazımdır. Həddən artıq vədlər verməyin. Şəxsi münasibətlərdə rəqabət elementləri yaranacaq.

Dolça - adi günlərlə müqayisədə daha qətiyyətli və iradəli olun. Əzmlə davranın, başlanan işləri yarımçıq qoymayın. İşgüzar görüşlər və danışıqlar üçün münasib zamandır. Biliklərinizi, bacarıqlarınızı nümayiş etdirin. Can atdığınız məqsədə çata bilərsiniz.

Balıqlar - dəyər verdiyiniz adam ona qarşı diqqətsiz və laqeyd davrandığınızı deyə bilər. Sizi maraqlandıracaq insanla axşam saatlarına yaxın görüşəcəksiniz. Axşam saatlarında normal istirahət edin. Gəzintiyə çıxın.


Müəllif:

Oxşar xəbərlər