28 Oktyabr 2016 09:54
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Respublika” qəzetinin bugünkü sayında təhsil naziri Mikayıl Cabbarova məxsus olduğu qeyd olunan məqalə ilə bağlı açıqlama dərc olunub.

Açıqlamada bildirilir ki, qəzetin ötən günkü sayında dərc olunan məqalə nazirliyin strukturları tərəfindən təqdim olunmuş statistik məlumatlara əsasən hazırlanıb: “Yaranmış anlaşmazlıq əməkdaşların məsələni tam araşdırmaması nəticəsində ortaya çıxmış və lazım olmayan əks sədaya səbəb olmuşdur” deyə qeyd olunan açıqlamada o da əlavə edilir ki, Təhsil Nazirliyi və “Respublika” qəzeti mövzu ilə bağlı əlavə şərhlərə ehtiyac görmür.

Xatırladaq ki, rəsmi dövlət qəzeti “Respublika”nın dünənki sayında müəllifi Təhsil naziri Mikayıl Cabbarovolduğu göstərilən məqalə dərc olunub. Bu haqda açıqlama yayan Təhsil Nazirliyinin mətbuat xidməti isə sözügedən “Müstəqillik illərində Azərbaycanda təhsilin inkişafı” adlı yazının əslində nazirə heç bir dəxli yoxdur: “Təhsil Nazirliyinin Mətbuat xidməti bildirir ki, qeyd olunan yazı təhsil naziri Mikayıl Cabbarova aid deyil və onun hazırlanması ilə bağlı “Respublika” qəzetindən Təhsil Nazirliyinə heç bir müraciət olunmayıb”.


Müəllif:

Oxşar xəbərlər