29 Oktyabr 2016 00:25
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti bərpa edilib.

Bu barədə Teleqraf.com-a “Azəravtoyol” ASC-nin mətbuat katibliyindən məlumat verilib.
Məlumata görə, bu gün günorta saatlarında Quba-Xınalıq yolunun 35-ci km-də dağ uçqunu nəticəsində iri qaya parçaları yolun hərəkət hissəsinə tökülərək hərəkətin məhdudlaşmasına səbəb olub. Dərhal əraziyə yolun 32-ci km-də olan növbətçi texnikalar, canlı qüvvə cəlb olunub və qısa müddəıt ərzində yol qaya parçalarından təmizlənərək hərəkət tam bərpa olunub.


Müəllif: