31 Oktyabr 2016 01:34
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət öncə yağan güclü yağış bəzi yolları sıradan çıxarıb.

Teleqraf.com "Xəzər Xəbər"ə istinadən bildirir ki, söhbət Biləcəri qəsəbə ərazisindəki Binəqədi yolundan gedir.

Sakinlər deyirlər ki, yol bu vəziyyətdə olduğu üçün əraziyə sərnişin daşıyan 202 nömrəli avtobus da son dayanacağını dəyişib. Bu isə sərnişinləri ikiqat əziyyətə salır.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, avtobusun son dayanacağı yolların həddindən artıq keçilməz olduğu üçün qurumun razılığı əsasında dəyişdirilib. Yol təmir edildikdən sonra avtobuslar əvvəlki dayanacağa qədər hərəkət edəcək.

Məlum olub ki, sözügedən yol Biləcəri qəsəbə bələdiyyəsinin balansındadır. Yolun nə zaman təmir edilməsi ilə bağlı qəsəbə bələdiyəsindən mövqe öyrənmək mümkün olmayıb.


Müəllif:

Oxşar xəbərlər