31 Oktyabr 2016 17:28
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il qəzalı vəziyyətdə olduğu müəyyənləşən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Akademik Həsən Əliyev-17 ünvanında yerləşən inzibati binasının yenidən tikilməsi ilə bağlı qərar verilib.

Bir müddət əvvəl mətbuatda TQDK-nın yeni binasının tikintisinin dayandırıldığı, hasarlı ərazinin qapısının bağlı olduğu xəbəri yayılmışdı.

TQDK-dan Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatların heç bir əsası yoxdur: “Mətbuatda yayılan məlumatlar düzgün deyil. Binanın tikintisində hər hansı bir problem yoxdur. İşlər plana uyğun davam edir.

TQDK-nın yeni tikiləcək binasındakı məlumat lövhəsində bildirilir ki, tikinti işləri 01.12.2017-ci il tarixində tamamlanmalıdır”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər