Oktyabrda 10 177 nəfər nikahdan əvvəl tibbi müayinədən keçib.
Bu barədə Teleqraf.com-a B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutundan məlumat verilib.
İnstitutundan bildirilib ki, ötən ay ərzində 3 cütlükdə talassemiya daşıyıcısı aşkarlanıb: “Bu günə qədər talassemiya daşıyıcısı hamilə qadınların 3-nün uşağında xəstəlik aşkarlandığı üçün ondan imtina ediblər. Ötən ay nikaha daxil olmaq istəyənlərin 47 nəfərdə siflis, 6 nəfərdə isə QİÇS, 421 nəfərində talassemiya daşıyıcılığı xəstəliyi aşkarlanıb.
Bildirək ki, nikaha daxil olanların tibbi müayinəsi başlayan müddətdən bu günədək 207731 nəfər müayinədən keçib. Onlardan 9552 nəfərdə talassemiya, 796 nəfərdə siflis, 139 nəfərdə isə QİÇS aşkarlanıb. Tibbi müayinədən keçən 74 cütlüyün isə hər ikisinin talassemiya daşıyıcısı olduğu üzə çıxıb.
İlhamə ƏBÜLFƏT