Tanınmış yazıçı Səfər Alışarlı öz feysbuk hesabında Xoşqədəm Hidayətqızı ilə bağlı qalmaqala münasibət bildirib. Teleqraf com yazıçının fikirlərini təqdim edir:
"Xoşqədəm xanımın əleyhdarlarının çoxluğu yeni deyil. İllər boyu televiziyada işləyən məşhur aparıcı olasan, efirin tələblərinə cavab verən fərdi keyfiyyətlərin, şəxsi həyatda uğurların ola, qəsdinə durmasalar, reallıq çox bayağı və ədalətsiz görünər. Qəribə orasıdır ki, ictimaiyyətin tanınan və tanınmayan bəzi isimləri məkan televiziyalarında həqiqət dozasını müzakirə etməyə yenə də “Səni axtarıram” verilişindən başlayır. Adətən bu qisim tok-şoularda dramatizmə xidmət edən elementlərdən heç bir aparıcı, prodüser vaz keçmir. Bildiyim qədərində “Səni axtarıram” verilişinə edilən müraciətlər özlüyündə bu faciəvi məqamlarla doludur, onları əlavə dramatikləşdirməyə ehtiyac yoxdur. Sadəcə, uğursuz ifadə edilmiş hər hansı bir replika (Özü də efirdən kənarda!) bu qədər basqılara əsas vermir".
Sevinc